İranın "Grace 1" tankeri Cəbəllütariqi tərk edib

Bu barədə “The Wall Street Journal” nəşri yazıb
###reklam250###

4 iyul tarixində ABŞ-ın tələbi əsasında Suriyaya qarşı sanksiya rejimini pozmaqda şübhəli bilinərək saxlanılmış İrana məxsus “Grace 1” tankeri Cəbəllütariqi tərk edib.

Bildirilir ki, gəmi yerli vaxtla saat 23:00-da İran bayrağı altında dənizə çıxıb.

İranın Limanlar və Gəmiçilik Təşkilatının yaydığı açıqlamaya görə, əvvəllər Panama bayrağı ilə üzən tankerin adı dəyişdirilərək “Adrian Darya” olub və hazırda Aralıq dənizindəki limanların birinə doğru üzür.

Cəbəllütariq hökuməti iki dəfə elan edərək bildirib ki, Avropa Birliyi və ABŞ tərəfindən İrana qarşı tətbiq olunmuş sanksiya rejimləri arasındakı fərq səbəbindən Vaşinqtonun tələbi əsasında gəmini daha saxlaya bilməyəcəklər.(APA)

Pia.az