Kabildəki “toy terroru”nu İŞİD törədibmiş...

“İslam dövləti” terror təşkilatı şənbə günü Kabildə toyda baş vermiş partlayışın məsuliyyətini öz üzərinə götürüb
###reklam250###

Bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Qeyd edək ki, ötən gün Kabildə toy məclisində partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 63 nəfər həlak olub, 180 nəfər müxtəlif xəsarətlər alıb.

Əfqanıstan prezidenti Əşrəf Qəni hadisəni pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.

* * *10:14

Əfqanıstanın paytaxtı Kabildə toyda partlayış törədilib.

Virtualaz.org bildirir ki, bu barədə “Tolonews” nəşri ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Nüsrət Rəhimiyə istinadən məlumat yayıb.

Hadisə yerli vaxtla saat 22:40-da baş verib. Şahidlərin sözlərinə görə, hadisə vaxtı zal qonaqlarla dolu olub. Son məlumata görə, partlayış nəticəsində 63 nəfər ölüb, 182 nəfər isə xəsarət alıb.

İlkin versiyaya görə, hadisəni kamikadze özünü partladaraq törədib.

Partlayışla bağlı məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib, “Taliban” hərəkatı isə bu terrorla əlaqəsi olmadığını bildirib. (virtualaz.org)

pia.az