Tramp ətrafını bir araya yığdı

###reklam250###

Əgər mümkün olarsa, ABŞ Əfqanıstan konfliktinin həlli ilə bağlı razılaşmaya imza atacaq

Yerli KİV bildirir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.

“Az öncə Əfqanıstanla bağlı çox yaxşı görüşü başa çatdırdıq. Biz də bir çox əks tərəflər kimi razılaşmaya can atırıq”, - deyə o bildirib.

Mayk Pompeo isə öz Tvitter səhifəsində Trampla görüşdə onunla bərabər milli təhlükəsizlik üzrə müşavir Con Bolton, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad, MKİ rəhbəri Cina Haspel, Pentaqon rəhbəri Mark Esper, Baş Qərargah rəisi Cozef Danfordun iştirak etdiyini bildirib. (Virtualaz.org)

pia.az