Qubada toy karvanında qəza olub, xəsarət alan var

Quba rayonunda toy karvanında qəza baş verib
###reklam250###

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı iki avtomobil toqquşub. Nəticədə sürücülərdən birinin həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Pia.az