Türkiyədə dənizdə azərbaycanlı meyiti tapılıb

Türkiyənin İzmir şəhərinin Konak rayonunda dənizdə 29 yaşlı azərbaycanlı kişinin meyiti tapılıb
###reklam250###

Səhər saatlarında Konak Gəmi körpüsü yaxınlığında suyun üzərində üzən kişi meyiti görən şahidlər polisə xəbər veriblər.

Sahilə çıxarılan meyitin azərbaycanlı Rövşən Nəcəfov olduğu müəyyənləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

pia.az