Bakıda itkin düşən bacı-qardaş Bərdədə tapılıb

###reklam250###

Bakıda itkin düşən bacı-qardaş Bərdə rayonunda tapılıb.

APA-nın məlumatına görə, polis əməkdaşları azyaşlıları qohumlarına təhvil veriblər.

Uşaqların anası Çiçək Abbasova APA-ya bildirib ki, övladları Bərdə rayonu ərazisində tapılıblar: “Uşaqları evimdə qonaq etdiyim Gözəl adlı xanım oğurlayıb. Hal-hazırda uşaqlar Bərdədədir. Bərdədə qohumlarım var orada qalacaqlar. Mən də indi Bakıdan çıxıb Bərdəyə gedirəm”.

Pia.az