Fransa - Azərbaycan oyununun vaxtı bilindi

AFFA xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib

Komandamızın Fransanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunu oktyabrın 10-da Kale şəhərindəki “Stad de L`Epopee”də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 23:00) keçiriləcək.

pia.az