Böyük Britaniyanın hərbi gəmisi Fars körfəzinə yola düşdü

Bölgədə “HMS Duncan” gəmisini əvəz edəcək
###reklam250###

Böyük Britaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “HMS Kent” freqatı Fars körfəzinə yola düşüb.

“HMS Kent” ABŞ-la birgə Fars körfəzində gəmiçiliyin təhlükəsizliyi ilə əlaqədar müşahidə missiyasını həyata keçirəcək.

Bundan başqa, freqat Hörmüz boğazından keçən Böyük Britaniya gəmilərini müşayiət edəcək.(Trend)

Pia.az