Metroda məktəb ləvazimatları satılacaq

Satışlar 3 stansiyada olacaq
###reklam250###

Moskva metropolitenində yeni tədris ili ərəfəsində məktəb ləvazimatlarının satışı təşkil olunacaq.

Trend-in məlumatına görə, satışlar 3 stansiyada olacaq və avqustun 15-dən sentyabrın 15-dək davam edəcək.

##relatedPost2##

Bu müddət ərzində məktəb ləvazimatları 60 faiz endirimlə satılacaq.

Metro stansiyalarında dəftər, gündəliklər, qələm, karandaş, qələm qabları, eləcə də çantalar və yemək qabları satılacaq.

Pia.az