Bu gün 10 komanda pley-off mərhələsinə yüksələcək

Bu gün futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçiriləcək
###reklam250###

PİA.az-ın APA-ya istinadən məlumatına görə, cavab qarşılaşmaları çərçivəsində 10 matç baş tutacaq.

Bunlardan altısı Çempionlar yolu, dördü Liqa yoluna təsadüf edəcək. Qalib gələcək 10 komanda yarışın pley-off mərhələsinə yüksələcək.

Azərbaycan çempionu "Qarabağ” səfərdə 2:1 hesabı ilə məğlub etdiyi Kipr APOEL-ini qəbul edəcək. Ağdam klubunun potensial rəqibləri də cavab matçlarını keçirəcək.

Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, "Ayaks” – PAOK cütünün qalibi ilə oynayacaq. Bu komandaların ilk görüşündə qalib müəyyənləşməyib – 2:2.

Qonşu Türkiyənin vitse-çempionu "Başakşəhər” Yunanıstanda "Olimpiakos” önünə çıxacaq. İstanbullular evdəki minimalhesablı məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaqlar.

Çempionlar LiqasıIII təsnifat mərhələsiCavab oyunları13 avqustÇempionlar yolu20:30. "Qarabağ” (Azərbaycan) - APOEL (Kipr)İlk oyun – 2:121:00. "Rusenborq” (Norveç) - "Maribor” (Sloveniya)İlk oyun – 3:122:00. "Ferensvaroş" (Macarstan) – "Dinamo” (Xorvatiya)İlk oyun - 1:122:00. "Kopenhagen” (Danimarka) – "Srvena Zvezda” (Serbiya)İlk oyun – 1:122:30. "Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan)İlk oyun - 2:222:45. "Seltik" (Şotlandiya) – ÇFR (Kluj, Rumıniya)İlk oyun - 1:1Liqa yolu21:30. "Dinamo” (Kiyev, Ukrayna) – "Brügge” (Belçika)İlk oyun - 0:122:30. "Olimpiakos” (Yunanıstan) – "Başakşəhər” (Türkiyə)İlk oyun - 1:022:30. LASK (Avstriya) – "Bazel” (İsveçrə)İlk oyun - 2:123:00. "Portu” (Portuqaliya) – "Krasnodar” (Rusiya)İlk oyun - 1:0 Çempionlar,

pia.az