Anar Mədətov evləndi - Foto

Həyat yoldaşı ilə ayrılmaqla gündəmə gələn prodüser Anar Mədətov yenidən evlənib
###reklam250###

PİA.a BakuPost-a istinadən xəbər verir ki, bu barədə prodüserin özü feysbuk hesabında məlumat verib. O, bir müddət əvvəl nişanlandığı stilist Samirə Abbasova ilə nikaha girdiyini bəyan edib.

Qeyd edək ki, Anarın həyat yoldaşı Elnurə ilə ayrılması qalmaqala səbəb olmuşdu. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atasından imtina etmişdi və soyadını dəyişmişdi.

pia.az