Bakı-Sumqayıt yolundakı qəzada 5 nəfər yaralanıb

Bakı-Sumqayıt magistralında turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobus toqquşub
###reklam250###

Qəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

pia.az