Bakının əsas prospektlərindən birinə keçid avtomobillər üçün bağlanacaq

Bakı Nəqliyyat Agentliyindən məlumat verilib
###reklam250###

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq 07.08.2019 tarixində səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.

Pia.az