Azərbaycandan Həccə gedən zəvvarların sonuncu qrupu Səudiyyə Ərəbistanına yola düşüb

Sonuncu qrup bu gün saat 19:00-da təyyarə ilə Həcc ziyarətinə yola düşüb
###reklam250###

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün saat 19:00-da təyyarə ilə Səudiyyə Ərəbistanına yola düşüb.

APA-nın xəbərinə görə, zəvvarlar saat 21:50-də Səudiyyə Ərəbistanına çatacaq.

Qeyd edək ki, zəvvarlar avqustun 2-dən bu günə kimi təyyarə ilə yola salınıb. Zəvvarlar avqustun 21-25-də geri dönəcəklər.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün ayrılan 1400 nəfərlik kvota dolub. Azərbaycandan Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var.

Pia.az