Bakıda yanğın baş verdi - 7 nəfər binadan təxliyə olundu

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində karton taralar 6 m² sahədə yanıb
###reklam250###

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı tüstülənmiş mənzillərdən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (Demokrat.az)

pia.az