Üç hakim dələduzluq edənlərin işinə baxmaqdan imtina etdi

Dələduzluqda təqsirləndirilən "Bakı MTK"nın rəhbəri Emil Məhərrəmov, şirkətin vəzifəli şəxsi Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb
###reklam250###

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə kollegiyası özlərinə etiraz etdiklərini açıqlayıblar.

Bildirilib ki, hakimlərindən biri - Əhməd Quliyev bu iş üzrə təqsirləndirilən Emil Məhərrəmovun cinayət işi üzrə məhkəməsini araşdırıb və hökmü elan edib.

Etiraz əsasında iş apelyasiya məhkəməsinə göndərilib və Bakı Apelyasiya Məhkəməsində qərar elan ediləcək.

Buna görə proses qeyri-müəyyən günədək təxirə salınıb.

İttiham akıtına əsasən, "Bakı MTK"nın rəhbəri E.Məhərrəmov, şirkətin vəzifəli şəxsi Eynur Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Cinayət işində 6 zərərçəkmiş var.

Daha əvvəl məhkəmənin hökmü ilə Emil Məhhəromov 14 il, Eynur Xudiyev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin cinayət işi üzrə zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunnun kapitanı Rahid Əmirquliyev də var.

Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. Rahid Əmirquliyevə ümumilikdə 150 min manatdan çox ziyan dəyib. (Teleqraf.com)

pia.az