Zelenskidən kritik Türkiyə səfəri

Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə gün sonra Türkiyəyə rəsmi səfər edəcək
###reklam250###

Bu barədə “Doğan” xəbər agentliyi məlumat yayıb.

Ukrayna rəsmilərindən əldə edilən informasiyaya görə, Zelenski qarşıdakı günlərdə rəsmi görüşlərdə iştirak məqsədilə Türkiyəyə gedəcək. Səfər proqramı haqda hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Vladimir Zelenski prezident seçiləndən sonra istirahət etmək üçün ailəsi ilə birgə Türkiyəyə yollanmışdı. (Teleqraf.com)

pia.az