Yükləyici, uzadıcı... - Orfoqrafiya lüğətinə daxil olacaq yeni sözlər

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti sentyabrda çapa veriləcək
###reklam250###

PİA.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, çapa veriləcək orfoqrafiya lüğətində yeni sözlər öz əksini tapacaq:

“Biz yeni yaradılan sözləri ictimaiyyətin müzakirəsinə veririk. Bunların bəziləri müsbət qarşılanır, bəzilərinə ögey münasibət olur. Amma bizdə də qonşu ölkələrdə olduğu kimi bu təcrübədən istifadə edilir.

Misal üçün, “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunub. Öncəgörmə deyəndə hamının ağlına fala baxmaq gəlir, ancaq bu söz yazılı abidələrimizdə də işlənib”.

Akademik əlavə edib ki, köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlər çıxarılıb.

pia.az