“Qarabağ”ın pley-offun püşkündəki mümkün rəqibləri bəlli olub

Çempionlar Liqasında pley-off mərhələsinin püşkatması avqustun 5-də gerçəkləşəcək
###reklam250###

PİA.az APA-ya istinadən xəbər verir ki, Püşkatmaya qatılacaq komanda və cütlərin tam tərkibi bəlli olub. II təsnifat mərhələsi başa çatdıqdan sonra püşkdə iştirak edəcək 8 cüt dəqiqləşib. Daha iki cüt və iki komanda isə öncədən məlum idi.

Azərbaycan çempionu “Qarabağ” Kipr APOEL-i ilə cütlükdə püşkatmaya qatılacaq. Rəqib daha reytinqli olduğundan cütlük kiprlilərin əmsalına əsasən səbətə bölünüb. Təmsilçimizin cütü səpələnməmişlərdən olub.

Qeyd edək ki, bu cütlər həm də Avropa Liqasının pley-offuna qatılacaq. Çünki uduzanlar mübarizəni ikinci dərəcəli turnirdə davam etdirəcəklər. Lakin Avropa Liqasında III təsnifat mərhələsinin bütün cütləri hələ dəqiqləşməyib.

Çempionlar LiqasıPley-off mərhələsinin püşkatması

Çempionlar yoluSəpələnmişlərÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)”Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)

Səpələnməmişlər“Slaviya” (Çexiya)“Yanq Boyz” (İsveçrə)APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)

Liqa yoluSəpələnmişlər“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

Səpələnməmişlər“Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)“Bazel” (İsveçrə) - LASK (Avstriya)

pia.az