Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başa çatıb

Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub
###reklam250###

Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatıb.

Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodu seçib.

Xatırladaq ki, boş yerlərə ixtisas seçimi iyulun 23-dən başlayıb. Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunan (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.(Report)

Pia.az