Axund qardaşını torpağa görə qətlə yetirən şəxs məhkəmə qarşısında

Bakıda axund qardaşını qətlə yetirməkdə təqsirləndirilən Hüseynbala Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
###reklam250###

PİA.az Bakıpost.az-a istinadən məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 6-a təyin edilib.

Qeyd edək ki, bu il martın 31-də Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb. Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngindən güllələyib. K. Şamilov aldığı yaradan ölüb.

Bildirilir ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.

pia.az