Rostovda yol qəzasında ölən və xəsarət alan azərbaycanlıların adları bilinib - Yenilənib

Rostovda sərnişin avtobusu yük maşını ilə toqquşub
###reklam250###

29 iyul saat 08:10 radələrində Rusiya Rostov vilayətində, M-4 “Don” avtomobil yolunun 958-ci kilometrində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş idarəsindən Azərbaycanın Rusiyadakı Səfirliyinə daxil olan məlumatda bildirilib ki, Allahverdili Eşqin Elxan oğlunun idarə etdiyi 20 EB 289 dövlət nişanlı nəqliyyat vasitəsi Demçenko Aleksandr Nikolayeviçin idarə etdiyi yük maşını ilə toqquşub.

Toqquşma nəticəsində 20 EB 289 dövlət nişanlı nəqliyyat vasitəsinin sürücüsü Allahverdili Eşqin Elxan oğlu və sərnişini Musayeva Zəmanə İsmayıl qızı ölüb.

Qeyd olunan avtomobilin digər sərnişinləri Məmmədova Vaxilo Qərib qızı, Cəfərova Nuran Yafi qızı, Salayev Bəxtiyar Vatamur oğlu, Gözəlov İlkin Heydər oğlu, Rufullayev Rauf Faziq oğlu, Təmirov Emil Affar oğlu, Musayev Zaur Nazim oğlu və Mustafayev Namaz İlham oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Rostov vilayətinin Zverevo şəhərinin Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

##relatedPost2##

Səfirlikdən yaralanan həmvətənlərimizlə mütəmadi əlaqə saxlanıldığını və məsələnin nəzarətdə saxlanıldığını bildirilib. Qeyd olunub ki, Rusiya tərəfinin təqdim etdiyi siyahıda sadalanan ad və soyadlarda qeyri-dəqiqlik ola bilər. ​

***

saat 15:07

Rusiyanın Rostov vilayətində azərbaycanlıları daşıyan “Volkswagen Crafter” mikroavtobusunun “MAN” yük avtomobili ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

APA “İnterfax”a istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərdən biri “Volkswagen Crafter”in sürücüsü, digəri isə sərnişini olub.

Mikroavtobusdakı 13 sərnişinin hamısı Azərbaycan vətəndaşı olub və onlar Moskvadan Bakıya gəlirmişlər.

Pia.az