Azad Rəhimov: "XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi"

Qonaqların və idmançıların rəylərinə əsaslanaraq deyə bilərəm ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə keçirdik
###reklam250###

Bunu Gənclər və İdman naziri Azad Rəhimov yarışın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, bütün qonaqlar Azərbaycandan xoş təəssüratlarla ayrılır:"İdmançılarımız festivalı 48 ölkə arasında ikinci pillədə başa vurmağa yaxındır. Bu festival idmançılarımızı gələcəkdə daha böyük naliyyətlər əldə etməyə ruhlandıracaq".

A.Rəhimov bildirib ki, Azərbaycan idmançıları yarışlarda uğurla iştirak etdilər: "İdmaçılarımızın qazandığı medalların sayı və keyfiyyəti bizi qane edir".

Nazir əlavə edib ki, festivalın bağlanış mərasimi üçün biletlər tamamilə satılıb.(Trend)

pia.az