EYOF-da cüdo yarışlarının sonuncu gününün görüşləri başlayıb

İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalının Heydər Əliyev adına İdman Arenasında keçirilən cüdo yarışlarının sonuncu gününün görüşləri başlayıb
###reklam250###

Gün ərzində qarışıq komanda yarışları keçiriləcək. Mübarizəyə səkkizdəbir finaldan başlayan Azərbaycan komandasının rəqibi Gürcüstan millisidir.

Xatırladaq ki, festivalda cüdoçuların fərdi mübarizəsinə artıq yekun vurulub. Azərbaycan millisi yarışda 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Qızıl medalları ölkəmizin aktivinə Turan Bayramov (60 kq) və Hüseyn Məmmədov (+90 kq), gümüş medalı Vüqar Talıbov (73 kq), bürünc medalları isə Şükran Zamanlı (55 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Gülşən Bəşirova (44 kq) yazdırıblar. Komanda bu nəticə ilə medal sıralamasında üçüncü olub.

Festivalda 40 ölkədən 297 cüdoçu mübarizəyə qoşulub. Azərbaycan bu nüfuzlu turnirə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə qatılıb.(Trend)

pia.az