"Neftçi" "Arsenal"ı məğlub edir - Yenilənib -2

“Arsenal” (Rusiya) – “Neftçi” (Azərbaycan) oyununda ikinci hissə başlayıb
###reklam250###

Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal” (Rusiya) – “Neftçi” (Azərbaycan) oyununda ikinci hissə başlayıb.

APA-nın məlumatına görə, Tulada təşkil olunan matçın ilk 45 dəqiqəsindən sonra Bakı təmsilçisi 1:0 hesabı ilə irəlidədir.

***

Saat. 21:48

Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal” (Rusiya) – “Neftçi” (Azərbaycan) oyununda fasilə yaranıb.

APA-nın məlumatına görə, Tulada təşkil olunan qarşılaşmanın ilk hissəsindən sonra Bakı təmsilçisi 1:0 hesabı ilə öndədir.

***

Saat. 21:46

Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal” (Rusiya) – “Neftçi” (Azərbaycan) oyununda hesab açılıb.

##relatedPost2##

APA-nın məlumatına görə, Tulada təşkil olunan qarşılaşmanın 45-ci dəqiqəsində Bakı təmsilçisi fərqlənib. Dario Federikonun zərbəsi dəqiq olub.

***

Saat. 21:00

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları davam edir.

APA-nın məlumatına görə, Topaz Premyer Liqasının gümüş mükafatçısı “Neftçi” klubu Rusiya “Arsenal”ı ilə üz-üzə gəlir.

İlk mərhələdə Moldova təmsilçisi “Speranta”nı darmadağın edən (3:0, 6:0) Roberto Bordinin yetirmələri Tula təmsilçisi ilə ilk qarşılaşmanı səfərdə keçirir. Bakılılar evdə çətinliklə üzləşməmək üçün səfərdə də qənaətbəxş nəticəyə nail olmağa çalışırlar.

Avropa LiqasıII təsnifat mərhələsiİlk oyun25 iyul

21:00. “Arsenal” (Tula, Rusiya) – “Neftçi”Baş hakim: Enea Yorqyi"Arsenal": 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Giya Qriqalava, 9. Kirill Kombarov (k), 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 29. Lamek Banda, 30. Aleksandru TudorieEhtiyat oyunçular: 1. Artur Niqmatullin, 13. Maksim Volodko, 14. Anri Xaquş, 17. Quram Acoyev, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov, 71. Aleksandr Denisov.Baş məşqçi: İqor Çerevçenko“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane, 93. Soni MustivarEhtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namik Ələskərov, 11. Vanqelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 33. Turan Vəlizadə Baş məşqçi: Roberto BordinTula. “Arsenal” mərkəzi stadionu

Pia.az