Suraxanıda bacısına çoxsaylı bıçaq zərbələri vuran şəxs tutuldu

İyulun 24-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini B.Əliyev münaqişə zəminində bacısı Səbinənin qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirib
###reklam250###

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

pia.az