57 nəfərə qarşı dələduzluq etdi - "FaceApp" vasitəsilə

Uğur E. adlı şəxs dələduzluq etmək üçün "FaceApp" proqramından yararlanıb
###reklam250###

“Yeni sabah” Türkiyə mediasına əsasən bildirir ki, dələduzla bağlı Ankara polisinə 57 müxtəlif şəxsdən şikayət daxil olub.

Polisin araşdırmaları nəticəsində məlum olub ki, Uğur E. “Facebook” və “Instagram” sosial şəbəkələrində müxtəlif məhsullar üçün saxta satış elanları yerləşdirib. O, "FaceApp" proqramı vasitəsilə özünü qocaldaraq alıcıları aldadıb. Dələduz bu məqsədlə qardaşının şəxsi məlumatlarından da istifadə edib.

Polis tərəfindən saxlanılan Uğur E. "heç kimin pulunu zorla almamışam. Onlar inanıb, mənim günahım deyil", deyərək özünü müdafiə etməyə çalışıb.

Faktla bağlı cinayət işi başladılıb.

pia.az