Akademik Musiqili Teatr Dədə Qorqud Festivalında

İyulun 22-də Türkiyənin Bayburt şəhərində 25-ci Uluslararası Dədə Qorqud şənlikləri başlayıb
###reklam250###

Bir həftə davam edəcək bu mədəniyyət və sənət bayramı ilk dəfə 25 il əvvəl keçirilib

Türk dünyasının ortaq mənəvi sərvəti sayılan Dədə Qorqudun məzarının məhz bu bölgənin Masat kəndində olduğunu iddia edən bayburtlular hələ illər öncə Dədə Qorqud eposunun sahiblərindən biri kimi bu hikmət, saz və söz mülkünün varisləri qismində Azərbaycanın da bu tədbirlərdə fəal iştirakına geniş imkanlar yaradıblar.

25-ci Dədə Qorqud şənlikləri Masat kəndində Ulu ozanın məzarını ziyarətlə başlayıb.

Yüzlərlə şəhər sakininin toplaşdığı mərasimin iştirakçıları arasında digər ölkələrdən gəlmiş rəqs qruplari ilə yanaşı, Azərbaycanı Dövlət Akademik Musiqili Teatrının balet truppası da var.

1300 illik bir zaman kəsiyində öz tarixi öyüdləri ilə yaşayan və türk coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi varlığını sürdürən Dədə Qorquda məhəbbətin izharı olaraq bu tədbirdə bütün türkdilli dövlətlərdən dəvət olunmuş qonaqlarla yanaşı, qonşu ölkələrdən gəlmiş folklor kollektivləri də iştirak edirlər.

Masat yaylasında başlayan şənliklər Dədə Qorqudun şəhər mərkəzindəki abidəsi önündən yürüşlə davam etdirildi. Yerli sakinlər, habelə bu günlərdə dünyanın hər yerindən axışaraq bu şənliyə qatılan yüzlərlə tədbir iştirakçıları Türk Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün adını daşıyan möhtəşəm meydanda Azərbaycan, Gürcüstan və Türkiyənin müxtəlif rəqs və folklor kollektivlərinin çıxışlarını alqışlarla və heyranlıqla izlədilər.

pia.az