Pentaqonda Çinə qarşı Türkiyə qovğası: Maraqlar toqquşurmu?

NATO-nun katolik komandirləri YPG ilə əməkdaşlıq edərək Türkiyəyə göz dağımı verir?

Ergün Diler“Takvim” qəzeti, Türkiyə, 23 iyul 2019-cu il

Prezident Tramp və kürəkəni Kaşnerin Türkiyəyə dəstək verdiyi göz önündədir. Bəs bu halda qalib gələn kim olacaq?

Prezident Tramp sanksiyalar məsələsində təzyiq altında olsa da, ABŞ-ın dərinində belə bir durum var: Dərin ABŞ-Pentaqon dövləti, Trampı Ağ Evdə tutan güc, ittifaq, önəmli əlaqələr... Gündəlik verilmiş qərar ilə CAATSA-dan gələcək ağır sanksiyalar 2 dövlət arasında böyük problemlər yaradacaq. ABŞ-ın “dərin”ləri bunu yaxşı bilirlər. Ona görə də, hədəf təkcə Ərdoğandır.

Rus təyyarəsinin vurulmasından sonra Rusiya prezidenti Putin inanılmaz mesajlar verib. O, hər açıqlamasında: “Türk milləti ilə ruslar yana-yanadır, dostdur”, deyərək səmimiyyət qurmağa çalışıb. Hər kəs Rusiyadan, Kremldən böyük bir reaksiya gözləyərkən, Moskva təzyiqi aşağı salıb.

Həmin vaxtdan sonra S-400-lər alan Türkiyəyə gəlib çıxdıq. Putinin göstərdiyi dostluq az deyildi və bu da zamanla Putini haqlı çıxarıb. İndi ABŞ-ın dərin hissəsi Ankaraya sanksiyalar tətbiq etməyə hazırlaşır. Lakin daxildə ABŞ əleyhdarlığının yüksəlməsindən çəkinirlər. Məsələ də bunun üzərində qurulub. ABŞ yavaş-yavaş iqtisadi cəhətdən Ərdoğanı və Ankaranı çətinə salmaq istəyir. Sanksiyaları zamana yayaraq daxildəki iqtisadi qrafiki zəiflətmək istəyir. İstanbul seçkilərindən sonra Ərdoğanın böyük kütlələri toplamaması üçün əlindən gələni edəcək. Sanksiyalar da heç vaxt bitməyəcək. Amma görünür, bir müddət bu məsələ ilə bağlı heç bir addım atılmayacaq. Yəni Halkbank məsələsi kimi həm var olacaq, həm də yox olacaq...

Ərdoğana hörmət etdiyi üçün bu, Trampın, xüsusilə də Kaşnerin işinə yarayır. Daxildə çəkişən iki qüvvə hal-hazırda Türkiyə məsələsində məcburən ortaq məxrəcə gəlib. Hər iki tərəf də zamana qarşı yarışır. Oradakı son durum budur. Bəs başqa nələrdən danışırlar?

Son həftələrdə Aralıq dənizi ilə bağlı S-400 və F-35 məsələsində artan gərginliyi izləyirik. Bu gərginlik artdıqca təbii olaraq, Türkiyə də Cənubi Kipr və Yunanıstanla deyil, əsl oyunçu olan ABŞ, İsrail və regional cəhətdən də Avropa ilə üzləşmək məcburiyyətində qalır. Rusiya və Çin isə Türkiyənin bu gərginliyinə sevinir, çünki bu artan gərginlik, bəlkə də, Çinin gələcəkdə daha da güclənməsinə səbəb olacaq.

Tez-tez dediyim kimi, Vaşinqtonun daxilindəki problemi gözardı etmək olmaz. Tramp və komandası ciddi şəkildə Türkiyə ilə ortaq addımlar atmaq istəyir. Prezident Tramp Putin və Ərdoğanla birlikdə önəmli qərarlar alacağına inanır. Vaşinqtonda Stiv Bennonun komandasında da bu durum narahatlıq doğurur.

Huawei əməliyyatının mərkəzində dayanan şəxs də Stiv Bennon idi. Bennon Çinə qarşı düşmənçiliyi olan bir ailədə böyüyüb. O, bəlkə də, Pentaqon ilə şirkətləri idarə edən ailələri qarşı-qarşıya qoyan ilk insandır.

Bu çəkişmə böyüdü və bunda da Bennonun çox böyük payı var. İndi Pentaqonun daxilində də eynilə Vaşinqtondakı kimi bir anlaşmazlıq ortaya çıxıb. Bennonun, əslində, ABŞ-ı uçuruma sürüklədiyinə inananların sayı da olduqca artıb. Bu insanlar isə yəhudi deyil, katolikdirlər. Robert Müller və Con Kerri Stiv Bennona reaksiya verən ilk insanlar olublar. Bu durum katoliklər arasındakı narahatlığı daha da artırıb. Müller isə bu prosesdə Bennonun bir neçə istəyini qəbul etməyə məcbur qalıb. Bu da Mülleri çətinə saldığı üçün toqquşmanın mərkəzinə Bennon keçib. Con Kerri də bu cür düşünür. Bu gün Pentaqonun Türkiyə ilə yaşadığı problemin mərkəzində dayanan da Bennondur. Bunu Kerri dəfələrlə deyib.

Kerri də Türkiyə əleyhinədir. Lakin bəzi məsələlərdə Türkiyə ilə hərəkət etməyin önəmli olduğunu vurğulayıb. 15 iyul çevriliş cəhdindən sonra ABŞ Baş Qərargah Rəisi Danfordu Türkiyəyə göndərən də Kerri idi. Yəni katolik qrup. Türkiyədə çevrilişin baş tutmamasına məyus olan Kerri Amerikanın maraqları üçün geri addım atıb və Ankaranın yanında olduqlarını bildirib.

Huawei məsələsində Vaşinqtonun yumşalmasına səbəb olan güc də Con Kerri idi. Çünki bir müharibə vəziyyəti yaranacaqsa, bunun üçün uğura ən yaxın zamanı seçmək lazımdır.

Huawei müharibəsi böyük zərərlər doğursa da, Çinin çökməsinə səbəb olacaq bir addım deyildi. Çini çökdürmək üçün onu enerjidən uzaq tutmaq lazımdır. Buna görə də, Çini əsas olaraq İrandan və ondan sonra da Aralıq dənizindən uzaqlaşdırmaq lazımdır. Həm İran, həm də Aralıq dənizi məsələsində Türkiyəni yox saya bilməzsiniz. Türkiyənin düşməni olan Kerri də Pentaqona artıq addımlarını diqqətlə atmalı olduğunu bildirib. Türkiyəni küncə sıxmaq istəyərkən gözlənilməz bir sona çatmaq istəmədiyini bildirib. Bu xəbərdarlıq Kerridən gəlib. Kerrinin müşaviri şəxsən Trampa zəng edib və təbrik edib. Bu zəng də Kerrinin təbriki idi.

Türkiyə məsələsində də heç sevmədiyi halda Trampı dəstəkləyən Kerri bunu ABŞ-ın güclü qalması üçün edib. İndi gərginliyin daha da artacağını deyən komanda Stiv Bennona yaxın olan şəxslərdir. Bu komandada müdafiə nazirləri belə var. Onlar mübarizə aparan Amerika tərəfdaşlarıdır. Əksini qəbul etmirlər. Qarşı tərəfdəkilər isə Trampa yaxın olan şəxslərdir və onlar da güclənirlər. Çünki Pentaqonda da Kerrinin güclü olduğunu bilənlər Bennon qarşısında birləşməyə başlayıblar.

Durumun dəyişməsi Türkiyənin xeyrinədir. Lakin Bennona yaxın şəxslər NATO-nun gücündən istifadə edərək Türkiyəni çətin vəziyyətə salacaqlar. F-35 məsələsi də Bennonun qərarı idi və bacardı. NATO-dan ayrılan Türkiyəyə qarşı Tramp da düşmən olmaq məcburiyyətindədir. Böyük plana əsasən, NATO Türkiyəni ittifaqdan kənara atmaq üçün bəzi qərarlar alacaq. Bunun əsas mərkəzi də Suriya olacaq. İraqdakı hücum da bunun ilk addımı idi.

Suriyada da gözlənilməz xəbərlərin mərkəzində yenə NATO-nu görəcəyik. Bir çox NATO komandiri YPG və SDG ilə birlikdə böyük planlar qurur. Bu durumu Türkiyənin də görməsi üçün açıq şəkildə edir. Bu qərarı verən də Stiv Bennon idi. Bəzilərinə görə, Bennon katolik kilsəsinə yaxın olan qaynaqları itirsə belə, hələ də ona inanan çox güclü katolik generalların olduğunu unutmayaq. O generalların da hamısı indi YPG ilə yaxın əlaqədədir. NATO daxilində qəbul olunmasa da, iclasların çoxaldığını görənlər var. YPG-yə yaxın olan xəbər saytları bu şəkilləri paylaşırlar. O xəbər saytlarını idarə edənlər də Bennonun media dəstəyidir.

Türkiyə isə kilid ölkədir. Öz daxilində toqquşanların da ortaq hədəfi Türkiyədir. Daha doğrusu, Ərdoğandır. ABŞ öz içində toqquşsa da, yavaş-yavaş yaxınlaşmaqdan geri qalmayacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az