ABŞ-ın yeni müdafiə naziri bəlli oldu –Senat təsdiqlədi

Mark Esperin müdafiə naziri postuna namizədliyi təsdiq edilib
###reklam250###

ABŞ Konqresinin Senatı Mark Esperin müdafiə naziri postuna namizədliyini təsdiq edib.

“The Washington Post” xəbər verir ki, onun namizədliyini 90 senator dəstəkləyib, 8-i əleyhinə səs verib.

Esper daha əvvəl Pentaqonun rəhbəri vəzifələrinin icraçısı olub.

İyunda ABŞ prezidenti Donald Tramp bunadək “Raytheon” şirkətində lobbiçi işləyən Mark Esperi müdafiə naziri təyin etmək niyyətində olduğunu bildirib.(Report)

pia.az