Pakistan Əfqanıstandakı barışa dəstək verə bilər

Baş nazir İmran Xan danışıqların başlamasına nail olmaq niyyətini ifadə edib
###reklam250###

Pakistanın baş naziri İmran Xan “Taliban” ilə Əfqanıstan hökuməti arasında danışıqların başlamasına nail olmaq niyyətini ifadə edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Vaşinqtonda olan baş nazir vətənə döndükdən sonra bu yöndə addımlar atacağını bildirib.

“Mən “Taliban”la görüşərək onların Əfqanıstan hökumətilə danışıqlara başlamasına çalışacağam”, - deyə hökumət başçısı Vaşinqtondakı Sülh İnstitutunda görüş zamanı deyib.

pia.az