“Qarabağ” - “Dundalk” cavab matçının hakimləri bəlli oldu

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Dundalk” cavab matç üçün hakim təyinatları açıqlanıb
###reklam250###

Matçın baş hakimi norveçli Svein Oddvar Moen olacaq. Ona Magnus Lundberg və İsaak Elias Skyeset Başevkin köməklik edəcək. Dördüncü hakim funksiyasını Sigurd Kringstad yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Dundalk" cavab görüşü iyulun 31-i yerli vaxtla 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun isə sabah İrlandiyada keçiriləcək.

pia.az