Əfqanıstana bomba yağdırıldı: 8 mülki şəxs öldü, 5-i yaralandı

Əfqanıstanın şərqində yerləşən Lahor əyalətinin bombalanması nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb
###reklam250###

“Tolo News” xəbər verir ki, bunu əyalətin Baraki-Barak dairəsinin başçısı Vais Abdul Rəhimzay bildirib.

Onun sözlərinə görə, aviazərbəni Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri endirib. O deyib ki, aviazərbələrin hədəfi “Taliban” hərəkatının mövqeləri olub.

Başçı qeyd edib ki, mülki vətəndaşların ölümünün araşdırılması üçün xüsusi komissiya yaradılıb/Report.

pia.az