İki gün əvvəl dənizdə batan 19 yaşlı şəxsin meyiti tapılıb

İki gün əvvəl Xəzər dənizində batan 19 yaşlı şəxsin meyiti tapılıb
###reklam250###

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, iyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

pia.az