İran Britaniya tankerindəki dənizçiləri sərbəst buraxmayacaq 

İran “Stena Impero” tankerinin heyət üzvlərini istintaq başa çatana qədər sərbəst buraxmayacaq
###reklam250###

İran hakimiyyəti bu barədə Rusiyanın Tehrandakı səfirliyini məlumatlandırıb.

Tankerdəki heyət üzvlərinin sağlıq durumlarının normal olduğu, dənizçilərin həyatına təhlükə olmadığı, tankerdə sərbəst hərəkət etdikləri bildirilib.

Xatırladaq ki, iyulun 19-da Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb və tanker Bəndər-Abbas limanına gətirilib. Tankerin 23 heyət üzvü arasında 3 Rusiya vətəndaşı da var.

Bundan əvvəl iyulun 4-də Böyük Britaniya tərəfindən Cəbəllütarixdə İran tankeri saxlanıb. İranın “Stena Impero” tankerini saxlaması Böyük Britaniyaya cavab addımı sayılır. (APA)

pia.az