İran Britaniya tankerini ələ keçirməsinin videosunu yaydı

Britaniya İranın İran körfəzində Britaniya bayrağı altında fəaliyyət göstərən neft tankerinin ələ keçirilməsini “qərəzli addım”adlandırıb və Tehranın gəmini qəzaya uğradığına görə ələ keçirdiyinə dair izahatını rədd edib
###reklam250###

PİA.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, İranın İnqilab keşikçiləri korpusu internetdə Stena Impero tankerinin ələ keçirilməsinin əməliyyat videosunu yayıb.

Helikopterdən gəminin göyərtəsinə maska geyinən və pulyemot daşıyan desantlar enib. Britaniyanın kral dəniz piyadaları iki həftə öncə Cəbəllütariq sahilinə yaxın İran tankerini ələ keçirəndə eyni taktikalardan istifadə etmişdi.

İranın Hörmüz körfəzində Britaniya bayrağı altında idarə olunan tankeri ələ keçirməsi ilə bağlı qlobal gərginlik artır. Britaniya Tehrana sərt xəbərdarlıq göndərib, İslam Respublikası isə gəmini “cavab tədbiri olaraq” ələ keçirdiyini bildirir.

pia.az