Bu gün hava küləkli olacaq

Bazar günü Bakıda və Abşeronda hava küləkli olacaq, yağıntı olmayacaq
###reklam250###

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Arabir güclənən şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 21-də aran rayonlarında havanın temperaturu 35-40, dağlarda 23-28 dərəcə isti olacaq

pia.az