“Sincar” bəyanat yaydı: Tonoyandan yezidi hərbi qulluqçunu incitməməyi tələb edirik

“Yezidi hərbi qulluqçunu işgəncələrə məruz qoyan hərbi polis əməkdaşları cəzalandırılsın”
###reklam250###

Ermənistanda “İnsan haqları naminə jurnalistlər” ictimai təşkilatı yezidi hərbi qulluqçu Yurik Broyanın sağlamlıq vəziyyətini əks etdirən bəyanat yayıb.

“Hazırda da Broyan işgəncələrə və qeyri-insani münasibətə məruz qaldığı bir vaxtda yezidi hərbi qulluqçunun sağlamlığının hədindən artıq ağır vəziyyətdə olduğunu əks etdirən bir video görüntünü yaymağa məcbur olduq. Video görüntüdə Ermənistan Müdafiə Nazirliyinin xəstə yezidi hərbi qulluqçunu necə işgəncəyə məruz qoyduğu, hərbi polisdə onu hərbi hissəyə aparacaqları ilə təhdid etdikləri görünür”, – deyə bəyanatda vurğulanır.

“Sincar” yezidilərin milli birliyi” ictimai təşkilatı da “İnsan haqları naminə jurnalistlər” ictimai təşkilatının narahatlıqlarına qoşulub və yezidi hərbi qulluqçunun probleminin Ermənistan Müdafiə naziri Davit Tonoyanın diqqət mərkəzində saxlanılmasını tələb edirlər.

Həmçinin yezidilərin ictimai birliyi tələb edir ki, nazir öz tabeliyində fəaliyyət göstərən orqanlara qanun çərçivəsində fəaliyyət göstərmək haqqında təlimat versin. Eyni zamanda onlar yezidi hərbi qulluqçunu işgəncələrə məruz qoyan hərbi polis əməkdaşlarına da qanunla nəzərdə tutulmuş cəza verilməsini istəyirlər. (Ordu.az)

pia.az