ABŞ Suriyadan çıxmayacağını bəyan etdi

Birləşmiş Ştatların Müdafiə naziri vəzifəsinə namizəd Mark Esper bildirib ki, ABŞ qoşunları Suriyada qalmağa davam edəcək
###reklam250###

“RİA Novosti”nin məlumatına əsasən, İŞİD terror təşkilatına qarşı əməliyyatın iştirakçıları qismində ABŞ hərbçilərinin Suriyanın şimal-şərqində qalacağı qeyd edilir.

“Əməliyyatın təhlükəsizliyinin təmini məqsədilə hərbçilərin sayını və ya onların orada qalacağı müddət barədə danışmayacağam”, - M.Esper Konqresdəki çıxışında deyib.

Xatırladaq ki, ABŞ və müttəfiqləri 2014-cü ildən Suriya və İraqda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirir.

pia.az