İki uşaq anası özünü kanala atdı - Göyçayda

Göyçayda iki uşaq anası olan qadın özünü su kanalına atıb
###reklam250###

“Qafqazinfo” xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çaxırlı kəndində baş verib. Kənd sakini, 28 yaşlı Ş.R intihar məqsədilə özünü kanala atıb.

Kənd sakinləri tərəfindən kanalından çıxarılan gənc ana Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ananın özünə qəsd etməsinin səbəbi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

pia.az