"Facebook" texnologiya tarixinə düşdü

"Facebook" 5 milyard dollar məbləğində cərimələnib
###reklam250###

ABŞ Federal Ticarət Komissiyası "Facebook"u 5 milyard dollar məbləğində cərimələyib.

Buna səbəb sosial şəbəkə nəhənginin 87 milyon seçicinin şəxsi məlumatlarını şirkətlərə ötürməsidir.

Hökmün yerinə yetirilməsi üçün ABŞ-ın Ədliyyə Nazirliyinin icazəsi gözlənilir. Kəsilən cəzaya görə, "Facebook"dan hər hansı bir açıqlama verilməyib.

Bununla da "Facebook" 2012-ci ildə 22 milyon dollar məbləğində cərimələnən "Google"u geridə qoyaraq, ən böyük məbləğdə cərimələnən texnologiya şirkəti ünvanına sahib olub.

Azvision.az xatırladır ki, "Facebook" seçicilərin məlumatlarını "Kembric Analytica" adlı şirkətlə bölüşərək 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdə saxtakarlıq etməkdə ittiham edilir.

Pia.az