İspaniya İranın iqtisadi blokadasına mane olacaq

XİN başçısından açıqlama
###reklam250###

Avropa İttifaqı İranın iqtisadi blokadasına yol verməmək və Avropa şirkətlərinin bu ölkədə fəaliyyətlərini davam etdirmələrinə şərait yaratmaq üçün mümkün olan hər şeyi edəcək.

Bunu İspaniya XİN-in başçısı Jozep Borrel bəyan edib.

J.Borrel bildirib ki, ABŞ-ın yeritdiyi siyasət üzündən bunu əldə etmək çox çətin olacaq. “ABŞ-ın qanunları eksterritorial qaydada, yəni bizim də qəbul etmədiyimiz qaydada tətbiq etməsi bütün şirkətlər üçün çətinliklər yaradır. Lakin Aİ-nin işləyib hazırladığı maliyyə vasitəsi Avropa şirkətlərinin İranda qalmasına imkan verəcək”, – deyə nazir fikrini tamamlayıb(azərtac).

pia.az