Xan sarayındakı faciədə yaralanan qadın vəfat etdi

Yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib
###reklam250###

Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, T.Ağamalıyeva sağ baldır sümüyünün çox qəlpəli sınığı və travmatik şok diaqnozu ilə Şəki Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, hadisə zamanı 19 nəfər xəsarət alıb. Yaralılardan 7 nəfəri xarici vətəndaşdır.

pia.az