Gürcüstan parlamenti qarşısında növbəti etiraz aksiyası keçirilir

Bu sayca keçirilən 26-cı aksiyadır
###reklam250###

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sayca 26-cı olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Təşkilatçılar DİN rəhbəri istefa verənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

pia.az