Şəkidə baş vermiş hadisədə xəsarət alanların 4-ü helikopterlə Bakıya gətirilir

Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanların son durumuna qaydınlıq gəlib
###reklam250###

Səhiyyə Nazirliyindən verilən məlumata görə, İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Həsən (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) helikopterlə Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) Təcili Tibbi Yardım avtomobili ilə travmatologiya institutuna aparılması müzakirə olunur. Digər xəsarət alan Elxan Məmmədovun (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək Ambulator müalicəyə buraxılıblar.

pia.az