İranın xarici işlər naziri ABŞ-a gedib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfər edib
###reklam250###

İRNA-nın verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, Məhəmməd Cavad Zərif BMT-nin İqtisadi və Sosial Şurasının Nyu-Yorkda keçiriləcək illik iclasında iştirak edəcək.

İranlı nazir daha sonra Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak üçün Venesuelaya səfər edəcək. (APA)

pia.az