Şahzadə Diananın sviteri 10 qat baha satıldı

Şahzadə Diananın hərraca çıxarılan sviteri 53,5 min dollara satılıb
###reklam250###

Hərracın başa çatması haqqında məlumatı satışın təşkilatçısı "Twitter" səhifəsində bildirib.

Üzərində havada süzən qırmızı donlu qız şəkli əks olunmuş tünd-göy rəngli sviteri adının çəkilməyini istəməyən Kaliforniya sakini əldə edib.

Paltarın ilkin təklif olunan qiymətdən 10 qat baha satıldığı bildirilir.

"Daily Mail"in məlumatına əsasən, şahzadə Diana sviteri özünün fitnes-treneri Cenni Rivettə bağışlamışdı.

pia.az