Fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb

Gəncə şəhərində 30 yaşlı fəhlə hündürlükdən yıxılıb
###reklam250###

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Gəncə Çini Qablar Zavodunda dam örtüyündə təmir işləri aparan 1989-cu il təvəllüdlü Nicad Əsədov hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

pia.az