Fransa-Qafqaz Dostluq Qrupunun üzvləri Azərbaycana gələcək

Bu il sentyabr ayının sonunda Fransa Milli Asambleyasındakı Fransa-Qafqaz Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək
###reklam250###

Bu barədə Fransanın Azərbaycandakı səfiri Oureliya Buşez 14 iyul – Fransa Milli Gününə həsr olunmuş tədbirdə məlumat verib.

İki ölkə parlamentləri arasındakı əməkdaşlığın inkişaf etdiyini qeyd edən diplomat, həmçinin elə bu həftə Fransanın 70-dək şirkətinin başçılarından ibarət nümayəndə heyətinin Azərbaycana səfər etdiyini xatırladıb. (Report)

pia.az