Azərbaycanla Küveyt arasında yeni aviareys açılır - Avqustun 1-dən
“Kuwait Airways” şirkəti avqustun 1-dən Əl-Küveyt – Bakı – Əl-Küveyt marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq
###reklam250###
“İnterfax” agentliyi xəbər verir ki, uçuşlar həftədə 2 dəfə – cümə axşamı və bazar günləri, “Airbus A320-100/200” markalı sərnişin təyyarələri ilə həyata keçiriləcək.
Əl-Küveytdən təyyarə yerli vaxtla saat 10:10-da qalxacaq və Bakı vaxtı ilə saat 13:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Geriyə uçuş isə Bakı vaxtı ilə saat 14:40-da başlayacaq və Əl-Küveyt vaxtı ilə saat 16:20-də yekunlaşacaq. (Report)
pia.az